Erməni diversantın saxlanılma görüntüləri - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Müdafiə Nazirliyi erməni diversantın Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılmasının görüntülərini yayıb.
BAKU.WS xəbər verir ki, görüntülərdə bir neçə azərbaycanlı hərbçi diversanta yaxınlaşaraq onunla danışır, sonra avtomobilə mindirərək aparır.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, avqustun 16-da saat 11:15-də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib.
Bölmələrimizin sayıqlığı nəticəsində atəş vasitələrimizin dəstəyi ilə erməni hərbçilərin təxribatının qarşısı alınıb. Nəticədə diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun digər üzvləri geri çəkilməyə məcbur ediliblər.Saxlanılan diversantın 1983-cü il təvəllüdlü Voskanyan Qaqik Aşotoviç olduğu ehtimal edilir. İlkin ifadələrində Q.Voskanyan 44 günlük müharibədə iştirakını etiraf edib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...