Erməni diasporu Moskvada Şuşanın işğalı ilə bağlı tədbir keçirəcək

02
may
2019
22:36
Rusiyadakı erməni diasporu Azərbaycana qarşı növbəti təxribata əl atıb.BAKU.WS "Report"a istinadən xəbər verir ki, erməni diasporu tərəfindən Moskvada Şuşanın "işğaldan azad edilməsi ildönümü"nə həsr olunmuş tədbir keçiriləcək.Tədbir barədə məlumat sosial şəbəkələrdə yayılıb."Erməni diasporunun Azərbaycana qarşı təxribat hazırlığı ilə bağlı müvafiq dövlət strukturlarına müraciət olunub", - bunu "Report"un Rusiya bürosuna açıqlamasında "Moskvanın Azərbaycan İcması" Təşkilatının rəhbəri Şamil Tağıyev bildirib.Onun sözlərinə görə, məsələ ilə bağlı Rusiyanın asayiş keşikçilərinə məlumat verilib. Nəzərə çatdırılıb ki, bu, Moskvada Ermənistan və Azərbaycanın ictimai fəalları arasında qarşıdurmaya gətirib çıxara bilər.
Oxşar xəbərlər
Moskvada ermənilərlə azərbaycanlılar arasında əlbəyaxa dava düşdü - VİDEO
Rusiyanın paytaxtı Moskvada keçirilən MMA döyüşü zamanı ermənilərlə azərbaycanlılar arasında qarşıdurma yaranıb. Buna səbəb ermənilərin təxribata əl ataraq Dağl...
