Life News-dan Azərbaycana qarşı növbəti təxribat (FOTO, VİDEO)

Life News-dan Azərbaycana qarşı növbəti təxribat (FOTO, VİDEO)
Video
Hadisə 1753

Azərbaycana qarşı qərəzi ilə seçilən Life News saytı növbəti dəfə ölkəmiz əleyhinə mövqe nümayiş etdirib.

BAKU.WS-in məlumatına görə, sayt Rusiyanın paytaxtı Moskvada baş tutan II Beynəlxalq Fişəng festivalının bütün iştirakçıları haqda məlumat versə də Azərbaycanın adını çəkməyib. Bundan başqa münsiflər heyətində əyləşən bir nəfər rus soyadlı erməni əsilli münsif ölkəmizə 0 bal verərək yarışda iştirak edən "Bolşoy Prazdnik Baku" komandasının 2-ci yeri tutmasına səbəb olub. Münsiflər heyətində Yuli Qusman da iştirak edərək Azərbaycanı dəstəkləyib. Bundan başqa Rusiyanın Birinci kanalı festivaldan reportaj hazırlayaraq iştirakçılar haqda geniş məlumat verib, Azərbaycana gəldikdə isə digər iştirakçılar ifadəsi işlənib vəümumi məlumatlarla kifayətlənilib.  

Qeyd edək ki, Moskvada keçirilən II Beynəlxalq Fişəng festivalında bu il iştirakçıların çıxışları kinematoqrafiyaya həsr olunub. Festivalda 25 tondan çox pirotexniki vasitələrdən istifadə edilib. Builki "ən yaxşı pirotexniki komanda" adı uğrunda Azərbaycan, Qazaxıstan, Çin, Malta, Portuqaliya, Rusiya, Fransa və Estoniyadan gətirilən fişənglər yarışıb. 

Festivalda 25 ton pirotexniki vasitələrdən istifadə etməklə 50 mindən çox şou göstərilib. Azərbaycanı festivalda təmsil edən "Bolşoy Prazdnik Baku" komandası qərəzli qiymətləndirməyə baxmayaraq II yeri tutub. 

Orxan Məmmədov  

BAKU.WS

Son xəbərlər