Ərdoğanla Zelenski arasında telefon danışığı olub
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb.
Söhbət zamanı müharibə ilə bağlı son vəziyyət müzakirə olunub.
Ərdoğan danışıq zamanı NATO sammitində Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğuladığını, ikitərəfli görüşlərdə Türkiyə olaraq göstərdikləri səmərəli diplomatik səyləri qeyd edib.
Türkiyə lideri bildirib ki, ölkəsi bu prosesdə əlindən gələn köməyi həyata keçirib.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...