Ərdoğanla Putin Cənubi Qafqazı müzakirə etdilər
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Yeni il münasibətilə təbrik mübadiləsindən sonra Putin və Ərdoğan ikitərəfli əməkdaşlığın əsas nəticələrinə yekun vurub, Rusiya ilə Türkiyə arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da intensivləşdirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.
Söhbət zamanı beynəlxalq mövzulara, o cümlədən Cənubi Qafqazdakı vəziyyətə, Suriya və Liviya nizamlanmasına da toxunulub.
Liderlər şəxsi təmasları davam etdirmək barədə razılaşıblar.
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...