Ərdoğanın qələbəsi Türk dünyasının qələbəsidir - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
"Türkiyə xalqı 28 mayda möhtəşəm bir qələbəyə imza atdı. Bu qələbə Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi oldu. Bu, Türkiyənin daha böyük inkişafını təmin edəcək və ölkə Ərdoğanın rəhbərliyi ilə iqtisadi, siyasi, hərbi cəhətdən böyük güc mərkəzinə çevriləcək".
Bu sözləri deputat Aydın Hüseynov BAKU.WS-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda regionda Türkiyə həlledici rola malikdir, dünyada isə ölkənin xüsusi mövqeyi var: "Bugünkü Türkiyə iqtidarı ölkənin mənafeyini ifadə edərək böyük nəaliyyətlər əldə edəcək. Bu nəaliyyətləri səciyyələndirən ən böyük istiqamət isə Türk dünyasının birliyi olacaq. Bu birliyə ən önəmli töhfəni məhz Azərbaycan verir.
Türkiyə və Azərbaycanın münasibətlərinin yüksək tərzdə olması ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və ölkə başçısı İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında dost münasibətləri iki ölkə arasındakı əlaqələri daha möhtəşəm şəkildə təzahür etdirməkdədir. İki ölkənin birgə həyata keçirdiyi layihələr həm region, həm də dünyada böyük iqtisadi gücə malik olan layihələrdir. TANAP, TAP, Bakı-Tbilisi-Qars dəmiryolu və başqa bu kimi layihələr Azərbaycanla Türkiyənin iqtisadi sferadakı nəaliyyətləridir".
Millət vəkili əlavə edib ki, ən böyük nəaliyyətlər sırasına Zəngəzur dəhlizinin açılması da daxil olacaq: "İki ölkə arasındakı iqtisadi əlaqələr daha da genişlənəcək. Hazırda ölkələr arasında qarşılıqlı investisiya qoyuluşu 10 milyard dollardan çoxdur. Digər tərəfdən minə yaxın Türkiyə şirkəti ölkəmizdə fəaliyyət göstərir. Bu şirkətlərin bəzisi Qarabağ və Şərqi Zəngəzurdakı quruculuq işlərində fəal iştirak edir. Azərbaycan Türkiyədə böyük investisiyaya malikdir. Orta dəhliz layihəsini Türkiyə və Azərbaycansız təsəvvür etmək mümkün deyil.
Əldə edəcəyimiz mövtəşəm nəaliyyət sırasına Türk dövlətlər birliyinin inkişafına nail olmaq olacaq. Bundan bütün Türk dünyası qazanacaq. Dünyada sülh və əminamanlığın yaranmasında bu birlik də öz sözünü deyəcək".
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...