Ərdoğanın mitinqinə 1,7 milyon insan toplaşdı - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bazar günü Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 14-nə təyin edilmiş prezident seçkiləri ərəfəsində İstanbulda keçirilən əsas və ən kütləvi mitinqində 1,7 milyona yaxın insan iştirak edib.
“Mənə çatan rəsmi məlumata görə, mitinqdə 1,7 milyona yaxın insan iştirak edir. Əgər İstanbul sakinləri seçkilərdə “hə” desələr, məsələ həll olunmuş sayıla bilər”, - Ərdoğan bildirib.
Aksiya keçmiş Atatürk Beynəlxalq Hava Limanının ərazisində yerləşən Milli Parkda keçirilib. Məlumata görə, tədbirin keçirildiyi yerə gedən metro qatarları günorta saatlarından izdihamlı olub, stansiyaların platformalarında Ərdoğan tərəfdarları ona dəstək şüarları səsləndiriblər.
Mənbə: Haber Global
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...