Ərdoğandan Novruz mesajı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Novruz bayramı münasibətilə təbrik mesajı yayımlayıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Prezident təbrik mətnində Novruzun işarə etdiyi birlik və həmrəylik hissinin bütün dünyaya kök salmasını və daimi olmasını diləyib:
“Yazın muştuluqçusu, sülh və qardaşlığın simvolu Novruz gününü təbrik edirəm.
Mərkəzi Asiyadan Anadolu və Balkanlaradək geniş coğrafiyada min illərdir coşqu ilə qeyd olunan Novruzun işarə etdiyi birlik və həmrəylik hissinin bütün dünyaya kök salmasını və daimi olmasını diləyirəm.
Novruzun cücərtdiyi ümid və həyəcanla həm ölkəmiz, həm bölgəmiz, həm də bütün bəşəriyyət üçün daha firavan, daha ədalətli və daha təhlükəsiz gələcəyi qadını və kişisi ilə, gənci və yaşlısı ilə çiyin-çiyinə qurmağa davam edəcəyik.
Novruzun əziz millətimizə və bütün insanlığa əmin-amanlıq, bərəkət və muştuluqlar gətirməsinə ümid edir, bütün vətəndaşlarımızı səmimi-qəlbdən salamlayıram”.
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...