Ərdoğandan “Kılıçdaroğluna TOGG hədiyə edəcəksizmi?” sualına cavab: “Pulunu verib alsın”

Ərdoğandan “Kılıçdaroğluna TOGG hədiyə edəcəksizmi?” sualına cavab: “Pulunu verib alsın”
Siyasət 175

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan “Kılıçdaroğluna TOGG hədiyyə edəcəksinizmi?” sualına maraqlı cavab verib.

BAKU.WS xəbər verir ki, dialoq Ərdoğanın dünən axşam qatıldığı ortaq yayımda jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırarkən yaşanıb.

Jurnalistin “Kemala bir TOGG hədiyyə etməyi düşünürsünüzmü?” sualına prezident Ərdoğan cavab verib: "Kılıçdaroğlu pulunu verib, alar. Onsuz da pulu var. Biz necə pulunu verib aldıq, o da elə alsın”.

"Biz bəyi TOGG-a dəvət etdik. Sənaye nazirimiz sizə fabriki göstərsin dedik. Amma o gəlmədi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avtomobilin rəngini belə özü seçib. İlham Əliyev qardaşım da “Anadolu qırmızısı”nı seçdi. Kılıçdaroğlu pulunu ödəyib alar. Nə də olsa, pulu var”, - deyə Ərdoğan bildirib.

Son xəbərlər