Ərdoğan zəlzələdən zərər çəkmiş Qaziantepə gedib

Ərdoğan zəlzələdən zərər çəkmiş Qaziantepə gedib
Siyasət 162

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən ziyan çəkmiş Qaziantep şəhərinə gedib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkə başçısı bu gün Qaziantep, Osmaniye və Kilisdə görülən işlərə nəzarət edəcək.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Hadisə nəticəsində azı 12 873 nəfər ölüb, 62 937 nəfər isə yaralanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Son xəbərlər