Ərdoğan zəlzələdən zərər çəkən hər ailəyə veriləcək pulun məbləğini açıqladı - VİDEO

08
fev
2023
15:14
"Zəlzələdən zərərçəkənlər tələb edərsə, Antalya, Alanya və Mersin kimi bölgələrdəki otellərə yerləşdiriləcəklər. Fəlakət bölgəsindəki hər ailəyə 10 min lirə (902 AZN) yardım ediləcək".
BAKU.WS xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan zəlzələnin episentri olan Kahramanmaraşda bildirib.
"Eyni zamanda vətəndaşlarımızın təxliyəsi davam edir. Təxribatçıların cəhdlərinə imkan vermək olmaz. Bu məsələdə media nümayəndələri xüsusilə həssas olmalıdır. İndi həmrəy olmaq vaxtıdır", - deyə Ərdoğan əlavə edib.
Oxşar xəbərlər
Azərbaycanlı tələbələr Kahramanmaraşdan təxliyə olunacaq
“Kahramanmaraşdakı zəlzələ bölgəsindən Türkiyədəki azərbaycanlı tələbələr və digər Azərbaycan vətəndaşlarının təxliyəsi üçün hazırlıq işləri görülür”. Bu barədə...
