Ərdoğan və Putin telefonla danışıblar
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin mətbuat xidmətindən bildirilib.
Görüş zamanı Rusiya prezidenti Putin dünən Türkiyədə Milli Kəşfiyyat Təşkilatının koordinasiya və nəzarəti altında keçirilən rus pilot Konstantin Yaroşenko və amerikalı dəniz piyadası Trevor Ridin mübadiləsinə görə prezident Ərdoğana təşəkkür edib.
Tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər. Ərdoğan vasitəçiliyə hazır olduğunu xatırladıb və Rusiyanın dövlət başçısını soyuqqanlı qərarlar verməyə çağırıb.
Həmçinin o, bildirib ki, qonşular arasındakı böhranın daimi atəşkəs və sülhlə nəticələnməsi üçün təşəbbüsləri davam etdirəcək.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...