Ərdoğan və Putin Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iki ölkənin liderləri regional məsələlər, o cümlədən Rusiya ilə Ukrayna arasında davam edən müharibəni müzakirə ediblər.
Bundan başqa, prezidentlər Suriyadakı mövcud vəziyyət, həmçinin Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizin yaradılması barədə fikir mübadiləsi aparıblar.
R.T.Ərdoğan sabitliyin bərpası üçün təşəbbüslərini bundan sonra da davam etdirməyə hazır olduğunu V.Putinin diqqətinə çatdırıb.
Oxşar xəbərlər
Kreml: Ərdoğanla danışıqda Rusiyanın Ukrayna hakimiyyəti ilə dialoqa hazır olduğu təsdiqləndi
Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. BAKU.WS APA-ya istinadən verdiyi məlumata görə, telefo...