Ərdoğan və Putin Dağlıq Qarabağı müzakirə ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə Türkiyə liderinin dəftərxanası məlumat yayıb. Məlumata görə, dövlət başçıları Dağlıq Qarabağda yaranan vəziyyəti müzakirə ediblər.
Ərdoğan Ermənistan silahlı birləşmələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması zəruriliyini bildirib. Türkiyənin dövlət başçısı qeyd edib ki, Azərbaycanın əks-hücum əməliyyatı onun öz ərazisi ilə məhdudlaşır.
Ərdoğan vurğulayıb ki, Ermənistan administrasiyasını sağlam düşüncə ilə danışıqlar masasına əyləşməyə inandırmaq lazımdır. Türkiyə liderinin sözlərinə görə, bu, münaqişəyə qəti qərarla son qoymaq və regionda vəziyyəti sabitləşdirmək üçün son dərəcə əhəmiyyətlidir.
Oxşar xəbərlər
İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib - TAM MƏTN - YENİLƏNİB
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib. BAKU.WS AZƏRTAC-a istina...