Ərdoğan: “Türkiyə Qarabağın bərpası üçün bütün dəstəyi verəcək”
Yeniliklərdən dərhal xəbərdar olun
“Türkiyə olaraq azadlıq mübarizəsində olduğu kimi, inşa fəaliyyətlərində də qardaşlarımıza hər cür töhfəni veririk və buna davam edəcəyik. Ən qısa zamanda evlərinə qayıtmağı gözləyən azəri qardaşlarımız üçün də hər formada səy göstərəcəyik. Əlbəttə ki, bu mövzuda dəyərli qardaşım İlham Əliyevin xüsusi çalışmaları var”.
BAKU.WS-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa səfərində deyib.
O qeyd edib ki, Qarabağın və Azərbaycanın bir daha belə fəlakət (işğalı) yaşamaması üçün lazımi tədbirləri birlikdə görəcəyik:
“Bizim - bu məsələdə İnşallah TOKİ (Toplu Konut İdaresi Başkanlığı) ilə birlikdə - burada bölgənin bərpasında atmağı planladığımız addımlar var”.
Ərdoğan bildirib ki, TOKİ buradakı müvafiq şirkət ilə birgə çalışacaq.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva Füzuli hava limanının təməlqoyma mərasimində - VİDEO - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzu...