Ərdoğan: "İstanbuldakı hadisədə təqsirli bilinənlər layiq olduqları cəzanı alacaqlar"

"Millətimiz əmin olmalıdır ki, İstiqlal küçəsində baş verən hadisədə təqsirli bilinənlər layiq olduqları cəzanı alacaqlar".
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Dövlətimizin müvafiq qurumları bu xəyanətkar hücumu törədənlərin və onun arxasında duranların üzə çıxarılması istiqamətində fəaliyyətini davam etdirir", - Ərdoğan qeyd edib.
O əmin edib ki, Türkiyəni və türk millətini terrorla ələ keçirmək cəhdləri dünən olduğu kimi bu gün də, sabah da hədəfinə çatmayacaq.
Ərdoğan bombalı hücumda həlak olanlara Allahdan rəhmət, yaxınlarına səbr, yaralılara isə şəfa diləyib.

Oxşar xəbərlər
Türkiyəli məşhurlar Bartın faciəsindən yazdılar: "Betərin də betəri olurmu?" - FOTO
Ötən gün Türkiyənin Bartın vilayətində daş kömür mədənində partlayış baş verib. Amasra bölgəsində yaşanan bədbəxt hadisə zamanı həlak olan işçilərin sayı 40-a ç...