Ərdoğan: "Rusiya taxılını və gübrəsini Türkiyə vasitəsilə inkişaf etməmiş ölkələrə daşımaqda qərarlıyıq"
Yeniliklərdən dərhal xəbərdar olun
"Akkuyu" AES-in ilk enerji blokunun gələn ilin ilk yarısında açılışı dünyada fərqli səs salacaq".
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşdə deyib.
Məlumata görə, Türk lider taxıl dəhlizindən də söz açıb.
"Biz İstanbul konsensusunu gücləndirmək və saxlamaq, Rusiya taxılını və gübrəsini Türkiyə vasitəsilə inkişaf etməmiş ölkələrə daşımaqda qərarlıyıq. Türkiyə və Rusiyanın bu prosesdə atacağı addımlar müəyyən dairələri narahat etsə də, az inkişaf etmiş ölkələri də sevindirəcək".
Oxşar xəbərlər
Ərdoğanla Putin Astanada bu mövzuları müzakirə edəcəklər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstandakı təmasları çərçivəsində bu gün Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. BAKU.WS trt haber-ə istinadən...