Ərdoğan Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının İstanbulda keçirilməsini təklif edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "istəklilər koalisiyası"nın iclasında ölkəsinin ədalətli və davamlı sülhün tezliklə təmin olunması üçün tərəflərin birbaşa təmaslarını asanlaşdıracaq diplomatik səylərini davam etdirəcəyini vurğulayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəəbəkəsində paylaşım edib.
B. Duranın sözlərinə görə, Ərdoğan iclasda tərəflər arasında birbaşa danışıqların İstanbulda keçirilə biləcəyini, bunun üçün Türkiyənin Ukrayna və Rusiya ilə təmasda olduğunu qeyd edib.
"İclasda Türkiyənin enerji və liman infrastrukturunu əhatə edən atəşkəsin tərəflər arasında hərtərəfli sülh sazişinin müzakirəsi üçün əlverişli şərait yarada biləcək tənzimləmə ola biləcəyi yönündəki mövqeyi ifadə olunub", - Kommunikasiya İdarəsinin rəhbəri bildirib.
Oxşar xəbərlər
Döyüşsüz geri alınan Kəlbəcər: Beş il əvvəl noyabrın 25-də nələr baş verdi?
Kəlbəcər illərlə həsrətini çəkdiyimiz və razılaşma yolu ilə geri qaytarılan doğma torpaqlarımızdan biridir. 25 noyabr 2020-ci ildə Azərbaycan əsgərinin Kəlbəcər...