Ərdoğan Rəisi ilə bayramlaşdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə bir çox ölkələrin dövlət və hökumət başçılarına zəng edib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, o, İran prezidenti İbrahim Rəisi ilə də bayramlaşıb.
Həmçinin, Türkiyə prezidenti özbəkistanlı həmkarı Şövkət Mirziyoyev, Küveyt Əmiri Şeyx Nəvvaf əl-Əhməd əl-Cabir əs-Sabah, Nigeriya prezidenti Məhəmməd Buhari, Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed əl-Nəhyan, Livanın baş naziri Nəcib Mikati, Pakistanın baş naziri Şahbaz Şərif və İraqın baş naziri Mustafa əl-Kazimi ilə ayrı-ayrılıqda telefon danışıqları aparıb.
Oxşar xəbərlər
ABŞ dövlət katibi Əbu-Dabinin vəliəhd şahzadəsindən üzr istəyib
ABŞ dövlət katibi Entoni Blinken Əbu-Dabinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyandan husilərin hücumlarına kifayət qədər reaksiya vermədiyinə gör...