Ərdoğan: Qarabağın azad edilməsi regionda yeni səhifə açıb
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağın 30 ilə yaxın işğaldan sonra azad edilməsi regionda yeni səhifə açıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Novruz bayramı münasibətilə təşkil olunan tədbirdə deyib.
O, həmçinin vurğulayıb ki, 2023-cü il fevralın 6-da baş verən zəlzələlərdən sonra qardaş Azərbaycan Türkiyəyə köməyə ilk gələnlərdən biri olub.
Ərdoğanın sözlərinə görə, türk dünyası ölkələri üçün ən böyük dəyər birlikdir. "Birgə səylər sayəsində bu birlik son illər daha da möhkəmlənib və bu, bütün sahələrdə əməkdaşlığın inkişafına öz töhfəsini verib", - o vurğulayıb.
Siyasətçi qeyd edib ki, qardaş ölkələr birgə səylərlə yeni dünya düzəni quracaq və bu düzənin mərkəzində türk dünyası olacaq.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...