Ərdoğan: “İncenin namizədliyini geri götürməsinə təəssüfləndim”
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərə sayılı günlər qala Memleket Partiyasının sədri Muharrem İncenin prezidentliyə namizədliyini geri götürməsindən təəssüfləndiyini bildirib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, açıqlamasında, “Düzünü desəm, üzüldüm, kaş ki, yarış sona qədər belə davam etsəydi”, - ifadələrini işlədib:
"Namizədlərdən biri namizədlikdən geri çəkildi, təbii ki, niyə geri çəkildiyini anlamaq mümkün deyil. Nə oldu geri çəkildi? Açığı, üzüldüm. Kaş ki, bu yarış sona qədər belə davam etsəydi. Təbii ki, biz digərləri ilə birlikdə yolumuza davam edirik. Önəmli olan mənim millətimin verəcəyi qərardır”.
Oxşar xəbərlər
Muharrem İnce Türkiyə prezidentliyinə namizədliyini geri götürdü
Türkiyə Məmləkət Partiyasının sədri və prezidentliyə namizəd Muharrem İncə namizədlikdən geri çəkilib. BAKU.WS bu barədə "Haber Global"a istinadən xəbər verir....