Ərdoğan Laçında Səməd Vurğunun "Azərbaycan" şeirini səsləndirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçında 28 May - Müstəqillik Gününə həsr olunan konsertdən əvvəl çıxışı zamanı Xalq şairi Səməd Vurğunun şeirindən parça səsləndirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Ərdoğan şeiri səsləndirmədən öncə çıxışında "Biz həmişə Azərbaycanın yanında olacağıq. Rəbbim Azərbaycan-Türkiyə qardaşlığını daim etsin!" - deyib.
Türkiyə liderinin "Azərbaycan" şeirindəndən səsləndirdiyi iki bəndi təqdim edirik:
"El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana:
Hankı səmtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!"
Oxşar xəbərlər
Xarici media Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərdən yazdı
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişdə bildirilib ki, Moskvada "İRS-Naslediye" jurnalının Azərbaycan tarixindəki...