Ərdoğan iyunun 3-də and içəcək

01
iyn
2023
23:15
Yeni müddətə yenidən seçilən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 3-də parlamentdə and içəcək və həmin gün ölkənin yeni hökumətinin tərkibini açıqlayacaq.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.
"(Ərdoğanın-red) Andiçmə mərasimi parlamentdə baş tutacaq. O, sonra Prezident Sarayında andiçmə mərasiminə gəlmiş xarici ölkə liderləri və nümayəndələri qəbul edəcək. Elə həmin gün axşam Prezidentimiz yeni hökumətin tərkibini açıqlayacaq”, - Altun bildirib.
Oxşar xəbərlər
Ərdoğanın andiçmə mərasiminin təxmini tarixi açıqlanıb
Türkiyədə mayın 28-də ikinci turu keçirilən prezident seçkilərində yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi iyunun 2-si və ya...
