Ərdoğan: İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın təbii qaz ehtiyacını 30 il qarşılayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın təbii qaz ehtiyacını 30 il qarşılayacaq.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 5-də Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, enerji sektoru "Bir millət, iki dövlət" şüarının əsas hissəsini təşkil edir:
"Azərbaycan təbii qazını Avropaya çatdırmağın sevincini yaşayırıq. Bu sahədə Azərbaycanla tam əməkdaşlıq içərisindəyik. Bu gün əməkdaşlığımıza yeni bir layihəni də daxil etməkdən məmnunuq. Yeni layihə Naxçıvanla birliyimizin rəmzi olacaq. Bu xətt Naxçıvanın təbii qaz ehtiyacını 30 il qarşılayacaq".
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...