Ərdoğan: "Can Azərbaycanın müstəqillik günündə sizinlə birlikdə olmaqdan məmnunam"
Yeniliklərdən dərhal xəbərdar olun
“Əziz qardaşım, dəyərli qonaqlar sizi salamlayıram. Can Azərbaycanın müstəqillik günündə sizinlə birlikdə olmaqdan məmnunam”.
BAKU.WS xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfəri çərçivəsində “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib.
“Müstəqillik gününüzü ürəkdən təbrik edirəm. Qəhrəmanlarımızı rəhmət və hörmətlə anıram. Allah onların ruhlarını şad, məkanlarını cənnət eləsin”, - o söyləyib.
Türkiyə Prezidenti Nobel mükafatı laureatı Əziz Sancara festivala qatıldığı üçün təşəkkür edib: “Qafqaz İslam Ordusunun Azərbaycanlı qardaşımızla azadlığında iştirak etdiyi torpaqların hər qarışına, Zəngəzura, Laçına, Şuşaya, Azərbaycanın hər bölgəsinə salamımı göndərirəm. Qardaşlığımızı Allah əbədi etsin!”
Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, bu gün diplomatik əlaqələrin 30 illiyini böyük qürurla qeyd edirik: “Diplomatik əlaqələrimiz 30 il əvvəl qurulsa da, qədər birliyimiz tarixin dərinliyinə uzanır. Hər zaman ürəklərimiz, biləklərimiz ortaq mübarizədə bir olub”.
Oxşar xəbərlər
İlham Əliyev və Ərdoğan Rize-Artvin hava limanının açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə...