Ərdoğan: Bölgədə nifaq planlarının qarşısını almışıq

Ərdoğan: Bölgədə nifaq planlarının qarşısını almışıq
Siyasət 15

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin terrorla mübarizədə əldə etdiyi nəticələrin regionda sabitliyə töhfə verdiyini bildirib.

BAKU.WS-in məlumatına görə, dövlət başçısı çıxışında qeyd edib ki, Türkiyə yarım əsr davam edən qanlı proseslərin qarşısını alaraq, bölgədə xalqlar arasında qarşıdurma yaratmaq istəyən qüvvələrin planlarını pozub.

Onun sözlərinə görə, bu tendensiya xüsusilə Suriyanın şimalında baş verən hadisələrdə aydın şəkildə müşahidə olunub. Ərdoğan vurğulayıb ki, birlik və həmrəylik gücləndikcə, zorakılıq dövrü sona çatdıqca bundan həm Türkiyə, həm də region xalqları faydalanacaq.

Prezident əlavə edib ki, ölkə yeni geosiyasi reallıqlara uyğun olaraq hazırlıqlarını gücləndirib. Enerji təhlükəsizliyi sahəsində addımlar atılıb, resursların şaxələndirilməsi artırılıb və daxili imkanlar səfərbər olunub.

O, həmçinin nəqliyyat infrastrukturunda ciddi irəliləyişlər əldə edildiyini, Türkiyənin Londondan Çinə qədər uzanan dəmir yolu xəttində mühüm rol oynadığını bildirib.

Ərdoğan qeyd edib ki, maliyyə sistemi möhkəmləndirilib, bank infrastrukturu risklərə qarşı daha dayanıqlı hala gətirilib və ümumilikdə 47 ölkə ilə yüksək səviyyəli əməkdaşlıq şuraları yaradılıb.

Son xəbərlər