Ərdoğan Bağdadinin arvadının tutulması ilə bağlı yeni faktı açıqladı - İLK DƏFƏ

Ərdoğan Bağdadinin arvadının tutulması ilə bağlı yeni faktı açıqladı - İLK DƏFƏ
Siyasət 466
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən verdiyi açıqlamada İŞİD terror təşkilatının 10 gün öncə öldürülən keçmiş lideri Əbubəkr əl-Bağdadinin həyat yoldaşının tutulduğunu açıqlamışdı.BAKU.WS xəbər verir ki, mətbuatda Bağdadinin arvadının yeni keçirilən əməliyyatda saxlanıldığı yazılmışdı.Ərdoğan bu gün verdiyi açıqlamada onun 1,5 ilə yaxındır saxlanıldığını söyləyib:“Bu faktı ilk dəfədir açıqlayıram. Yanında Bağdadinin uşağı da var”.Türkiyə Prezidenti Bağdadinin yaxınlarının saxlanılması istiqamətindən tədbirlərin davam etdirildiyini sözlərinə əlavə edib.Qeyd edək ki, Bağdadinin bacısı 65 yaşlı Rəsmiyə, gəlini və 5 nəvəsi 4 noyabrda Suriyanın Hələb əyalətindəki Azaz şəhəri yaxınlığında ailəsi ilə birlikdə yaşadığı yük konteynerinə basqın zamanı tutulub.

Oxşar xəbərlər

Türk hərbçiləri Bağdadinin bacısını  ələ keçirdilər - FOTO

Türk hərbçiləri Bağdadinin bacısını ələ keçirdilər - FOTO

Suriyanın İdlib şəhərində öldürülən İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin bacısı Rəsmiyə Avad Türkiyə hərbçilərinin dünən axşam saatlarında təş...

950 Siyasət 10:26 05 noyabr 2019

Son xəbərlər