Əl-Bağdadinin öldüyü yerdən gizli mühasibatlığı tapıldı

Əl-Bağdadinin öldüyü yerdən gizli mühasibatlığı tapıldı
Siyasət 709
İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi Suriyanın İdlib əyalətindəki terrorçuları pul müqabilində orada saxlayıb. BAKU.WS xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb. Nəşrin yazdığına əsasən, əl-Bağdadinin qətlə yetirildiyi yerdə aşkar edilmiş qəbzlər bunu deməyə əsas verib. Qəbzlərin İŞİD terror təşkilatının mühasibat şöbəsinə aid olduğu deyilir. Onlar 2017-ci ilin əvvəlindən 2018-ci ilin ortalarına qədər çap edilib. Yoxlamalardan məlum olur ki, əl-Bağdadi "Əl-Qaidə"nin hərbi qolu "Xürrəs əd-Din" terrorçularına ən azı 67 min dollar ayırıb. Pul təhlükəsizlik və media avadanlıqlarına, əmək haqqı və logistikaya sərf olunub. Qəbzlər İŞİD-in Təhlükəsizlik Nazirliyinin möhürü altında verilib və terrorçular tərəfindən imzalanıb.

Oxşar xəbərlər

İŞİD yeni liderin adını AÇIQLADI

İŞİD yeni liderin adını AÇIQLADI

İŞİD terror təşkilatı öz lideri Əbu Bəkr əl-Bağdadinin öldürülməsi xəbərini təsdiqləyib və onun “varisinin” adını açıqlayıb.BAKU.WS Reuters agentliyinə istinadl...

906 Siyasət 20:40 31 oktyabr 2019

Son xəbərlər