Ərdoğan Bağçalı ilə birlikdə Hataya gedib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan araşdırmalar aparmaq üçün fevralın 6-da baş verən zəlzələdən zərər çəkən Hatay şəhərinə gedib.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, səfər zamanı Ərdoğanı MHP sədri Dövlət Bağçalı müşayiət edib.
Bölgədəki Kırıkhan Stadionunun yanındakı çadır şəhərciyi ziyarət edəcək Ərdoğanın Samandağda muxtarlar və ictimaiyyət nümayəndələri ilə görüş keçirəcəyi gözlənilir.
Prezident Ərdoğanın Antakyada Qətərdən gələn konteynerlərin quraşdırıldığı əraziyə və Defnedəki konteyner sahə xəstəxanasına da baş çəkəcəyi bildirilir.
Oxşar xəbərlər
Ərdoğan zəlzələnin baş verdiyi Hatay bölgəsinə səfər edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təbii fəlakət bölgələrindən biri Hataya səfər edib. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə dövlət başçı...