Ərdoğan: "Azərbaycanla Ermənistanın qısa zamanda hərtərəfli sülh sazişi imzalaması mümkündür"
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan və Ermənistan arasında qısa zamanda hərtərəfli sülh sazişi imzalamaq mümkündür".
BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı bildirib.
"Biz Türkiyə olaraq, Azərbaycanla Ermənistan arasında gedən prosesləri dəstəkləmək üçün addımlar atmışıq. Son zamanlar baş verən gərginlik bu gözəl iqlimə kölgə salsa da, biz hesab edirik ki, ən qısa zamanda iki ölkə arasında hərtərəfli sülh sazişi imzalamaq mümkündür. Biz azərbaycanlı qardaşlarımızın hüquqlarının və gələcəklərinin qurulmasında hər zaman yanında olacağıq", - o deyib.
Ərdoğan vurğulayıb ki, Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməsi Cənubi Qafqazda daimi sülhün bərqərar olması üçün tarixi imkanlar pəncərəsi açıb: "Türkiyə olaraq, çox mühüm addımlar atdıq. Bölgədə ölkəmizlə də sıx bağlı olan nəqliyyat əlaqələrinin açılması region ölkələri üçün mühüm inkişaf olacaq".
Oxşar xəbərlər
İlham Əliyev və Ərdoğan Rize-Artvin hava limanının açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə...