Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq
22
apr
2025
23:12
Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, rəsmi Ankara türkdilli ölkələr və İslamabadla əlaqələri daha da gücləndirəcək: "Biz birlikdə yeni işlər görəcəyik".
Ərdoğan təfərrüatları açıqlamayıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifi qəbul edib. Liderlər Prezident iqamətgahında bir araya gəliblər.
Oxşar xəbərlər
İlham Əliyevin qətiyyəti sülhdən başqa alternativ olmadığını göstərdi - RƏY
"Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında lokal xarakterli antiterror əməliyyatları zamanı göstərdiyi şücaət və rəşadət, ş...