Ərdoğan Anıtqəbiri ziyarət edib - VİDEO

Ərdoğan Anıtqəbiri ziyarət edib - VİDEO
Video
Siyasət 104

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Anıtqəbiri ziyarət edib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, onu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, vitse-prezident Cevdet Yılmaz və Prezident Administrasiyasının üzvləri müşayiət ediblər.

Xatırladaq ki, bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfat etməsindən 85 il ötür.

Atatürk 1881-ci ildə Selanikdə anadan olub.

Atatürk 1938-ci il noyabrın 10-da, 57 yaşında İstanbulda Dolmabahçe Sarayında gözlərini əbədi yumub. Onun nəşi 1953-cü ildə ölümünün 15-ci ilində Ankaradakı Etnoqrafiya muzeyindən Anıtqəbirə köçürülüb.

Son xəbərlər