Türkiyənin bu rayonunda havanın temperaturu - 32 dərəcəyə düşdü - VİDEO
Türkiyənin ən soyuq şəhəri mənfi 32 dərəcə ilə Ərdahan vilayətinin Çıldır rayonu olub.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, şəhərin damlarında uzun sırsıralar əmələ gəlib, ağaclar şaxta ilə örtülüb.
Soyuqdan avtomobillərinin yanacağı donan vətəndaşlar saatlarla avtomobillərini işə salmağa çalışıblar.
Bildirilir ki, ən aşağı temperatur dünən gecə Ərdahan şəhər mərkəzində mənfi 25,4 olaraq ölçülüb, Çıldır rayonunda isə termometrlər mənfi 32 dərəcəni göstərib.
Çıldır Türkiyənin ən soyuq yaşayış məntəqəsi olub.
Ərdahanda həftəsonu yağan qar soyuq hava ilə əvəzlənib. Yerli və xarici turistlərin axın etdiyi Çıldır gölünün yerləşdiyi rayonda Sibirin soyuqluğunu xatırladan mənzərələr yaşanır.
Meteoroloji məlumatlara görə, Ərdahan şəhər mərkəzi və rayonlarında ölçülən ən aşağı temperaturlar aşağıdakı kimi qeydə alınıb:
Ərdahan mərkəzi mənfi 25,4, Çıldır mənfi 32, Hanak mənfi 30,4, Göle mənfi 26,8, Damal mənfi 22, Posof mənfi 15,5.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...