Ər-Riyada ballistik raket atıldı

29
mar
2020
10:30
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada 2 ədəd ballistik raket atılıb.
BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, hücum Yəmənin husi döyüşçüləri tərəfindən edilib.
Məlumata görə, raketlər hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilib.
Qeyd edək ki, 2015-ci ildən etibarən S.Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri Yəmənə hücumu davam etdirir. Buna cavab olaraq husilər ara-sıra S.Ərəbistanındakı strateji hədəflərə hücumlar edir.
Oxşar xəbərlər
Şimali Koreya yenidən hərəkətə keçdi - 3 ballistik raket atıldı
Şimali Koreya yeni ballistik raket sınağı keçirib. BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, Sondok şəhərindən atılan raketlər Yapon dənizinə düşüb. Məl...
