Enrike İqlesiasa ağır xəstəlik diaqnozu qoyuldu

Enrike İqlesiasa ağır xəstəlik diaqnozu qoyuldu
Siyasət 591

Məşhur ispaniyalı müğənni Enrike İqlesiasa pnevmoniya diaqnozu qoyulub.

BAKU.WS xəbər verir ki, bu barədə xarici KİV-də məlumatlar yayılıb.

Sənətçi, "Bu axşam Meksikadakı çıxışımı ləğv etmək məcburiyyətində qaldıq. Mənə pnevmoniya diaqnozu qoyuldu, həkimlər istirahət etməli olduğumu deyirlər, mənə uçuşları qadağan etdilər. Çıxışlarımı ləğv etdiyim üçün olduqca təəssüflənirəm", - deyərək konsertlərinin ləğv edildiyini açıqlayıb.

Müğənni Meksikada planlaşdırılan konsertinə bir neçə saat qalmış bu qərarı qəbul edib. O, pərəstişkarlarına sağalıb konsert verəcəyini söz verib.

Son xəbərlər