Energetika naziri Macarıstan səfirini qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Energetika naziri Pərviz Şahbazov Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Tormanı qəbul edib.
Energetika nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, görüşdə enerji əməkdaşlığının Azərbaycan və Macarıstan əlaqələrinin vacib hissəsi olduğu vurğulanıb. Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Nazir Azərbaycanda “yaşıl enerji” sahəsində əlverişli investisiya mühiti və xarici sərmayələrin cəlbi ilə irimiqyaslı layihələrin icrası üzrə görülən işlər haqqında məlumat verib.
Ölkəmizdə bərpa olunan enerji mənbələri, xüsusilə dənizdə külək enerjisi üzrə yaradılacaq böyük güclər hesabına istehsal olunacaq elektrik enerjisinin müəyyən hissəsinin Avropaya ixracının nəzərdə tutulduğu bildirilib.
Səfir ölkəsinin həm ənənəvi, həm də bərpa olunan enerji sahəsində aktiv əməkdaşlıqda, həmçinin Macarıstan şirkətlərinin işğaldan azad olunmuş ərazilərin bərpası və “Yaşıl enerji zonası”na çevrilməsində iştirakda maraqlı olduğunu ifadə edib.
Görüşdə enerji sahəsində əməkdaşlıqdan irəli gələn bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Bakı Enerji Həftəsi başlayıb, Prezident İlham Əliyev açılış mərasimində iştirak edib - YENİLƏNİB
Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, Az...