Ən xəyanətkar insanlar bu ölkələrdə yaşayır - SİYAHI

Ən xəyanətkar insanlar bu ölkələrdə yaşayır - SİYAHI
Siyasət 822

Aparılan yeni araşdırmalar nəticəsində dünyanın ən sədaqətsiz ölkələri müəyyən olunub.

BAKU.WS xəbər verir ki, "Smith Investigation Services", "World Population Review" və "The Tech Report" adlı onlayn portalların birgə araşdırmasında partnyorlarını və ya həyat yoldaşlarını ən çox aldadan ölkələr sıralanıb.

Ən sədaqətsiz ölkələrin ilk 10-luğunu sıralayan araşdırmada birinci yerdə ABŞ, növbəti yerlərdə Almaniya, Böyük Britaniya və Tayland qərarlaşıb.

Sorğuda iştirak edən amerikalıların 71%-i tərəfdaşlarını ən azı bir dəfə aldatdıqlarını etiraf edib.

Araşdırmalara görə, Almaniyada 68%, İngiltərədə 66%, Taylandda isə 61% olaraq qeydə alınıb.

Reytinqdə Braziliya və Fransa 57% ilə beşinci sıranı bölüşür, 6-cı yerdə isə 53%-lə Rusiya qərarlaşıb.

Yeddinci yerdə olan Yaponiyada həyat yoldaşlarını aldatma nisbəti 49%, Rumıniyada 46%, Avstraliyada isə 44 % qeydə alınıb.

Reytinqdə onuncu yerdə Türkiyə və Kanada qərarlaşıb. Hər iki ölkə 27% aldatma göstəricisi ilə 10-cu yerdə qərarlaşıb.

Son xəbərlər