Əmmamə altından yayılan “ağ zəhər” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Mütəmadi olaraq sosial mediada və mətbuatda cənub qonşumuzdan ölkəmizə kilolarla narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə keçirilməsi haqqında xəbərlər yer alır.
Təbii olaraq molla rejimi sərt fətvalarla bu cür xəbərləri təkzib etməyə çalışsa da, “ağ zəhər”in küləyi ölkəmizin cənub sərhədindən keçməyi bacarır.
İran rejiminin din pərdəsi altında müxtəlif ölkələrdən aldığı narkotik maddələri “ən yaxınları”na satışı isə davam edir. Belə olduqda ilk yada düşən məhz Arazın şimalı olur.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyir ki, cənub sərhədlərimizi pozmaqla qeyri-qanuni şəkildə Azərbaycana ötürülən narkotik maddələr illərdir vətəndaşlarımızı zəhərləməyə davam edir.
Politoloq Anar Əliyev isə bildirir ki, İran narkotik vasitələrin ticarətini özünün dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul edib.
Son aylarda isə narkotik maddə ticarətinə görə saxlanılan “ağ zəhər”i sosial şəbəkələr vasitəsilə cənub qonşularımızın sifarişi ilə və ya hansısa məchul iranlı Əli adlı şəxsdən əldə edərək ölkədə yaydıqlarını bildirirlər. Eyni zamanda, son dövrlər keçirilən əməliyyatlar zamanı qaçaq yollarla ölkəmizə keçməklə narkotik maddələrin satışını və paylanmasını həyata keçirənlər də saxlanılıb.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...