Əminə Ərdoğan seçicilərə təşəkkür etdi - FOTO

Əminə Ərdoğan seçicilərə təşəkkür etdi - FOTO
Siyasət 41

Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan seçkidə iştirak edən vətəndaşlara öz təşəkkürünü bildirib.

BAKU.WS xəbər verir ki, bu barədə Əminə Ərdoğan tvitter hesabında bildirib:

“Güvən, sabitlik, böyük və güclü Türkiyə deyərək seçkiyə gedən bütün vətəndaşlarımıza təşəkkürümüzü bildiririk.

İlk günkü sevgimizlə bir və birlikdə olmağa davam edəcəyik və "Türkiyə Yüzilliyi" idealımıza 85 milyon, bir ürək olaraq çatacağıq.

Bu yolda göstərdikləri sarsılmaz dəstəyə və səylərə görə yol yoldaşlarımıza təşəkkür edirəm.

Hamımızın "Türkiyə Yüzilliyi" mübarək olsun!”.

Son xəbərlər