Elton Məmmədov: “Ziya Məmmədovla Ramiz Mehdiyevin harada dincəlməsinin mətbuata nə dəxli var?”
Yeniliklərdən dərhal xəbərdar olun
AMEA-nın İşlər idarəsinin müdiri Elton Məmmədov sabiq nəqliyyat naziri olan qardaşı Ziya Məmmədovun akademik Ramiz Mehdiyevlə birgə karantini Göyçayda keçirməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
BAKU.WS xəbər verir ki, Elton Məmmədov demokrat.az-a açıqlamasında qeyd edib ki, bu barədə yayılan məlumatlar doğru deyil:
"Əvvəla, bu xəbər yalandır. Digər tərəfdən isə axı Ziya Məmmədovla Ramiz Mehdiyevin harada dincəlməsinin mətbuata nə dəxli var? Kimsə təqaüdə çıxıb haradasa istirahət edirsə, bu, mətbuatı nə üçün maraqlandırmalıdır? Bu, insanların şəxsi həyatıdır".
Sabiq deputat deyib ki, Ramiz Mehdiyev rayonda deyil, şəhərdə evində istirahət edir:
"Dünyanın bu cür gərgin vaxtında kiminsə şəxsi həyatı ilə maraqlanmaq və bunu mətbuata çıxarmaq ayıbdır..."
Oxşar xəbərlər
İsa Həbibbəyli və İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidentləri seçildilər - YENİLƏNİB - FOTO
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yeni tərkibi müəyyənləşib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, xəbərinə görə, yeni tərkib barədə A...