Elnur Allahverdiyev Azərbaycanın tanınmış simaları ilə görüşdü - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni Azərbaycan Partiyasının (YAP) 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi Elnur Allahverdiyev seçkiqabağı təşviqat kampaniyası çərçivəsində bir sıra məşhur insanlarla görüşüb.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bununla bağlı Elnur Allahverdiyev “Facebook” səhifəsində məlumatlar paylaşıb.
Deputatlığa namizəd ilk olaraq Xalq artisti Firəngiz Mütəllimovanın qonağı olub. Aktrisa ilk dəfədir, evinə namizədin qonaq gəldiyini, bunun onun üçün xoş sürpriz olduğunu deyib. Xalq artisti həmçinin Prezident İlham Əliyevin mədəniyyət işçilərinə qayğılarından danışıb.
E.Allahverdiyev bu yaxınlarda evi yanan tanınmış musiqiçi, nağara ifaçısı Almas Quliyevlə görüşüb və onunla söhbət edib.
Oxşar xəbərlər
Elnur Allahverdiyev Qarabağ qazilərinin qonağı oldu - FOTO
Yeni Azərbaycan Partiyasının (YAP) 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi Elnur Allahverdiyev seçiciləri ilə görüşlərini davam etdirir....