Elmar Məmmədyarov: "İraqdakı azərbaycanlı qadınların qaytarılması ilə bağlı iş aparılır"
06
apr
2018
19:41
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"İraqdakı azərbaycanlı qadınların və uşaqların qaytarılması ilə bağlı iş aparılır".Bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib."Bu məsələ uzun araşdırma tələb edir. Çünki bu, təkcə bizdən asılı deyil. Hazırda qadınların qanunsuz qruplaşmaların fəaliyyətinə cəlb edilməsi faktını müəyyən etmək lazımdır", - XİN başçısı qeyd edib.E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan İraqdakı uşaqların taleyindən narahatdır: "Artıq oraya nümayəndələrimizi göndərmişik. İraqdakı səfirliyimiz hazırda bu istiqamətdə çalışır".BAKU.WS
Oxşar xəbərlər
Elmar Məmmədyarov və Sergey Lavrov arasında telefon danışığı olub
Bu gün Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov arasında telefon danışığı olub.BAKU.WS xəbər verir ki, söhbət zamanı ik...