Elmar Məmmədyarov: "Arayik də digərləri kimi cəzasını çəkəcək"
Yeniliklərdən dərhal xəbərdar olun
“Arayik Arutyunyan artıq istifadə olunmuş siyasətçidir. İnanmıram ki, onun siyasətə və ya haradasa rəhbərliyə qayıtmağa imkanı olsun”.
BAKU.WS xəbər verir ki, bunu Unikal-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Siyasətçi separatçıların liderinin Qarabağdan qaçması xəbərləri ilə bağlı qeyd edib ki, gec-tez Arutyunyan da məsuliyyətə cəlb olunacaq:
“Bundan sonra hara qaçacaq? Qaçmaq istəyirsə, qaçsın. Amma gec-tez məsələsi var. Necə digərləri məsuliyyətə cəlb olunurlarsa, onun da öz cəzasını çəkməsi birmənalıdır. Bu, artıq Baş Prokurorluğun işidir.
İndi yalnız qarşıya baxmalıyıq. Görək yeni “dövlət naziri” hansı mövqedə çıxış edəcək? O, Azərbaycan tərəfi ilə təmasda olub, Xocalıda görüşüblər”.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...