"Elite" serialının məşhur aktyoru ÖLÜB

Elite serialının məşhur aktyoru ÖLÜB
Siyasət 5

“Elite” və “El Pueblo: kimi seriallarla tanınan ispan aktyor Julian Ortega həyatını itirib.

BAKU.WS xəbər verir ki, Madrid əsilli 41 yaşlı ispan aktyor Julian Orteqa Kadizin Barbate sahillərində dənizdə boğularaq ölüb.

Madriddə təhsil alan Orteqa Yaya Caceresin rejissorluq etdiyi Mestiza kimi əsərləri ilə teatrda diqqət çəkib. Daha sonra “Başqa rayon”, “İtirilmiş sevgim” kimi filmlərdə rol alıb.

O, televiziyada "Las Cihcas del Cable", "4 Estrellas", "Elite" və "El Pueblo" kimi serialları ilə məşhurlaşıb.

Son xəbərlər