Əli Əsədov Xəzər İqtisadi Forumunda iştirak etmək üçün İranda səfərdədir
17
fev
2025
19:12
Fevralın 17-də Azərbaycanın Baş naziri Əli Əsədov İrana işgüzar səfərə gedib.
Bu barədə BAKU.WS-ə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Tehranın Mehrabad hava limanında Ə.Əsədovu İranın yol və şəhərsalma naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Fərzanə Sadeq və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Baş nazir Ə.Əsədov 3-cü Xəzər İqtisadi Forumunda iştirak edəcək.
Oxşar xəbərlər
Pezeşkianla Mirzoyan TRIPP layihəsini müzakirə ediblər
İran Prezidenti Məsud Pezeşkian Tehranda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölk...