Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib
Baş nazir Əli Əsədov Şimali Kiprin Baş naziri Ünal Üstelə başsağlığı verib.
Bu barədə BAKU.WS-ə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, avqustun 31-də Azərbaycanın Baş naziri Əli Əsədov Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insan tələfatı ilə əlaqədar Şimali Kiprin Baş naziri Ünal Üstelə başsağlığı məktubu ünvanlayıb.
Məktubda həlak olanların ailələrinə və yaxınlarına, Şimali Kipr xalqına dərin hüznlə başsağlığı verilib, yaralananlara şəfa dilənib.
Xatırladaq ki, Girnə şəhəri sahillərində baş vermiş gəmi qəzasında 8 nəfər həyatını itirib, 237 nəfər xilas olunub. Xilas olunanlar arasında iki Azərbaycan vətəndaşı da var. 19 sərnişinin axtarışları isə davam edir.
Oxşar xəbərlər
İlham Əliyevlə gənc futbolçular arasında maraqlı dialoq
Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək futbolçular arasında ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasi...