Əli Əsədov Moldova Baş nazirinin müavini ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 10-da ölkədə səfərdə olan Moldova Respublikası Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Bolea ilə görüşüb.
Nazirlər Kabinetindən BAKU.WS-ə bildirilib ki, görüşdə Azərbaycan-Moldova dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.
Bakıda keçiriləcək Azərbaycan Respublikası və Moldova Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının iki ölkə arasında qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Ticarət, investisiyalar, neft-qaz, yaşıl enerji, nəqliyyat, kənd təsərrüfatı, humanitar və bir çox digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Görüşdə Azərbaycanın kənd təsərrüfatı naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Məcnun Məmmədov da iştirak edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev iraqlı həmkarına başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidə başsağlığı məktubu ünvanlayıb. BAKU.WS xəbər verir ki, məktubda deyilir: "Hörmətli cə...