Əli Əsədov Jose Ramos Horta ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 12-də ölkəmizdə səfərdə olan Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Timor-Leste prezidentinin 13-cü Qlobal Bakı Forumunda iştirakının əhəmiyyəti vurğulanıb.
Azərbaycan ilə Timor-Leste arasında beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
İki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
Oxşar xəbərlər
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Oktyabrın 11-də Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycana rəsmi səfərə gəlib. BAKU.WS xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandı...