Əli Əsədov İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 22-də İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının Bakıda keçirilməsinin əhəmiyyəti qeyd edilib.
Azərbaycan ilə İordaniya arasında münasibətlərin dostluq, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq prinsipləri əsasında uğurla inkişaf etdiyi vurğulanıb.
İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın və qarşılıqlı dəstəyin önəmi qeyd edilib.
Görüşdə Azərbaycan ilə İordaniya arasında qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Oxşar xəbərlər
Cenevrədə böhran: İran Trampın təhdidlərinə görə danışıqları dayandırıb?
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında İsveçrədə keçirilən ABŞ-İran danışıqları müzakirə edilib. ABŞ və İran razılığa gələ bildimi? İsrail A...