Əli Əsədov "Damen Shipyards Group" şirkətinin baş icraçı direktoru ilə görüşüb
Baş nazir Əli Əsədov iyulun 14-də "Damen Shipyards Group" şirkətinin baş icraçı direktoru Arnout Damen ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə Azərbaycan ilə "Damen Shipyards Group" arasında əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub, şirkətin ölkəmizdə reallaşdırılan layihələrdə iştirakı məmnunluqla vurğulanıb.
Azərbaycanın beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi mövqeyinin və tranzit potensialının daha da gücləndirilməsinin gəmiqayırma və dəniz nəqliyyatı sahələrində əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığı diqqətə çatdırılıb.
Görüş zamanı Azərbaycan ilə "Damen Shipyards Group" arasında gəmiqayırma, müasir dəniz texnologiyalarının tətbiqi və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev görüşdə iştirak edib.
Oxşar xəbərlər
Azərbaycan və Slovakiya daxili işlər sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb
Azərbaycan və Slovakiya arasında daxili işlər sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat v...